Bank Of Baku

Azərbaycan paytaxtında gənc rəssamların əsərlərinin sərgisi keçirilir

Azərbaycan paytaxtında gənc rəssamların əsərlərinin sərgisi keçirilir
# 02 fevral 2009 13:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Vəcihə Səmədova adına Sərgi Salonunda 2 fevral “Gənclər günü” münasibətilə gənc rəssamların sərgisi açılıb. APA-nın məlumatına görə, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə 70-dən çox gənc rəssamın 100-dən artıq əl işi nümayiş olunur. Sərginin açılışında çıxış edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirib ki, sərgidə incəsənətin bütün sahələri – rəngkarlıq, qrafika, heykəltəraşlıq, xalçaçılıq üzrə əsərlər nümayiş olunur. Sərginin yekunu olaraq nümayiş olunan əsərlərin kataloqu hazırlanacaq. F. Xəlilov Azərbaycanda gənclərə böyük diqqət olduğunu da vurğulayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə deyib ki, ölkədə aparılan gənclər siyasətinin əsas istiqamətlərindən biri yaradı gənclərin aşkara çıxarılmasıdır. Nazir müavinin sözlərinə görə, ölkə rəhbərliyi səviyyəsində yaradıcı gənclərin mükafatlandırılması, onlara prezident təqaüdlərinin verilməsi məhz dövlətin gənclərə verdiyi qiymətin nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR