Bank Of Baku

Almaniyada Azərbaycan haqqında illüstrasiyalı məlumat-təqvim kitabçası nəşr edilib

Almaniyada Azərbaycan haqqında illüstrasiyalı məlumat-təqvim kitabçası nəşr edilib
# 03 fevral 2009 07:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Almaniyada Azərbaycan haqqında illüstrasiyalı məlumat-təqvim kitabçası nəşr edilib. Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, alman dilində nəfis tərtib olunmuş kitabçada Azərbaycanın dövlət quruluşuna, siyasi-iqtisadi inkişafına, xarici siyasətinə, tarixinə, mədəniyyətinə, mətbəxinə, Azərbaycan dilinə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, Azərbaycan-Almaniya münasibətlərinə və digər sahələrə dair alman dilində məlumatlar öz əksini tapıb. Məlumat kitabçası özündə həmçinin 2009-cu il üçün Azərbaycan, alman və ingilis dilli təqvimi də ehtiva edir.
Səfirlik kitabçanı Almaniya Bundestaqının üzvlərinə, Federal Kansler Aparatına, Xarici İşlər Nazirliyinə və digər dövlət orqanlarına, həmçinin ölkənin iqtisadi və ictimai-mədəni dairələrinə göndərilməsini təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR