Bank Of Baku

Apreldə gənc pianoçuların respublika müsabiqəsi keçiriləcək

Apreldə gənc pianoçuların respublika müsabiqəsi keçiriləcək
# 03 fevral 2009 11:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ilin aprelində gənc pianoçuların respublika müsabiqəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd respublikada fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin estetik tərbiyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılması, istedadlı uşaqlarla pedaqoji işin aktivləşdirilməsi, şagirdlərin ifaçılıq səviyyəsinin yüksəldilməsidir. Müsabiqədə 9-17 yaşlı uşaq və yeniyetmələr 3 yaş qrupu üzrə (I qrup: 9-11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-17 yaş) iştirak edə bilərlər. Müsabiqə 2 turdan ibarətdir. I tur - iştirakçıların çıxışının videoyazısı üzrə seçmə mərhələsi1-10 aprel tarixlərində, II tur - 25-30 aprel tarixlərində keçiriləcək. Münsiflər heyətinin qərarına əsasən müsabiqə qaliblərinə diplom və mükafatlar veriləcək. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər 2009-cu il 20 mart tarixinədək qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR