Bank Of Baku

Bu gün “Berliane” festivalının açılışı keçiriləcək

Bu gün “Berliane” festivalının açılışı keçiriləcək
# 05 fevral 2009 10:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Berlində beynəlxalq kino festivalının 59-cu açılışı olacaq. Festival fevralın 15-dək davam edəcək. APA-nın Rusiyanın internet saytlarına istinadən yaydığı xəbərə görə, bu il 6 min film Berlin kinofestivalında iştirak etmək üçün müraciət edib. Həmin filmlərdən isə təxminən üç yüzü festivalda iştirak hüququ qazanıb. Festivalda dünya şöhrətli ulduzlar Keyt Uinslet, Tommi Li Cons, Stiv Martin, Rene Zillveger, Mişel Pfayfer, Ayşvariya Ray, Demi Mur və Qael Qarsiya Bernalın iştirakı gözlənilir. Festival Tom Tikverin “İnterneşnl” filmi ilə açılacaq. Həmin filmdə baş rollarda Klayv Ouen və Naomi Uotts çəkilib. “Berlinale”nin əsas müsabiqə proqramına salınmış 17 filmin 14-nün dünya premyerası artıq baş tutub. Proqramlara daxil edilmiş filmlərin çoxu Almaniyada ilk dəfə nümayiş etdiriləcək. Filmlərin nümayişi fevralın 7-də Helke Misselvitsin “Qışdan sonra yaz gəlir” (ADR, 1988) filmi ilə başlanacaq. Proqramın adı da məhz buradan götürülüb. Festival başa çatandan sonra proqram bütün Almaniya boyunca səfərə çıxacaq. Əsas “Berlinale” mükafatları – qızıl və gümüş ayıların kimə qismət olacağına isə Tilda Suintonun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti qərar verəcək. Münsiflər heyətinə həmçinin İspaniya rejissoru və yazıçısı İzabell Kuase (Isabel Coixet), müasir dövrün ən öncül kinematoqrafçılarından biri, rejissor, ssenarist və müəllim Qaston Kabore (Gaston Kabore), bestsellerlər müəllifi, isveçli Henninq Mankell
(Henning Mankell), Almaniyanın aparıcı teatr və kino rejissoru Kristof Şlinqenzif (Christoph Schlingensief), honkonqlu müstəqil rejissor Ueyn Vonq (Wayne Wang) da daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR