Bank Of Baku

Fotojurnalist Rəna Əfəndinin Moskvada sərgisi keçirilib

Fotojurnalist Rəna Əfəndinin Moskvada sərgisi keçirilib
# 05 fevral 2009 14:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Moskvanın “Vinzavod” Müasir İncəsənət Mərkəzində azərbaycanlı gənc fotojurnalist Rəna Əfəndinin fotoekspozisiyalarından ibarət “Xoşbəxtlik evi» adlı sərgi açılıb. Bu barədə APA-ya Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən veriblər. Bir sıra beynəlxalq fotomüsabiqələrin qalibi olan Rəna Əfəndi Azərbaycanla yanaşı Almaniya və Fransada da əsərlərini nümayiş etdirib, Kaliforniyanın Berkli şəhərində jurnalistika məktəbində mühazirə ilə çıxış edib. O “Patker” fotoagentliyinin, Qafqaz fotojurnalistlər agentliyinin üzvüdür. Rəna Əfəndi "National Geograrhy"nun 20 ən yaxşı fotoqraf siyahısına daxildir. Soydaşımız “Tehran”, “Gürcüstan” seriyalarında problemli fotolar çəkir, “qaynar” nöqtələrdə olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR