Bank Of Baku

Azərbaycan və İsveçrənin birgə istehsalı olan yeni film çəkiləcək

Azərbaycan və İsveçrənin birgə istehsalı olan yeni film çəkiləcək
# 06 fevral 2009 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan və İsveçrənin birgə istehsalı olan yeni film çəkiləcək. “Dərviş” Prodüser Mərkəzində istehsal olunacaq filmin maliyyələşdirilməsini İsveçrə tərəfi öz üzərinə götürüb. Filmin prodüsseri Əli İsa Cabbarovun APA-ya verdiyi məlumata görə, filmin rejissoru Asif Rüstəmovdur. Ə.Cabbarov deyib ki, rejissor bu filmi yüksək dağ kəndində çəkməyi qərara alıb. Onun sözlərinə görə, yeni film uzaq dağ kəndinin əhalisinin sosial çarəsizliyindən bəhs edəcək: “Filmin yaradıcıları xalqın mentalitetini araşdırmalıdır. Filmdə yerli əhali də çəkiləcək və bu da filmə təbiilik gətirəcək. Onların səsini studiyada yazmaq mümkün olmadığından, biz həmin səsləri canlı yazacağıq. Belə bir təcrübədən Konçalovskinin “Sevən, amma ərə getməyən Asya Klyaçinanın əhvalatı” filmində də istifadə edilmişdi. Filmdə əsas qəhrəmanlardan başqa, bütün personajlar kənd əhalisi idi. Həmin təcrübə mükəmməl nəticə ilə başa çatmışdı. Bizim filmdə isə ümumiyyətlə, peşəkar aktyorlar olmayacaq. Kənd əhalisi aktyorlar kimi oynayacaq. Bu üsuldan Qərb kinematoqrafında artıq çoxdan istifadə edilir, amma bu yol Azərbaycan kinosu üçün yenilikdir”. Filmin prodüserinin sözlərinə görə, filmin çəkilişlərinin fevralın sonunadək yekunlaşdırılması planlaşdırılır. Montaj və digər texniki işlər aprelin ilk ongünlüyündə başa çatdırılmalıdır. Filmin təqdimat mərasimi isə may ayına nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR