Bank Of Baku

Aktyorlar Evində “İran Kino Həftəsi”nin açılış mərasimi keçirilib

Aktyorlar Evində “İran Kino Həftəsi”nin açılış mərasimi keçirilib
# 06 fevral 2009 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Aktyorlar Evində Bakıda “İran Kino Həftəsi”nin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, “İran Kino Həftəsi” İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə çıxış edən İran İslam Respublikasının Azərbaycandakı səfiri Nasir Həmidi Zari Bakıda təşkil olunan Kino Həftəsinin önəmliliyindən danışıb. Səfir bildirib ki, bu Bakıda keçirilən beşinci İran Kino Həftəsidir və bu tədbir İran İslam Respublikasında inqilabın qələbəsinin 30-cu ildönümünə həsr olunub.: “Bu cür tədbirlərin təşkili iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Mədəniyyət çox dərin və böyük sahədir. Hər bir ölkə mədəniyyətini tanıtdırmaq üçün bu cür tədbirlər keçirməlidir. 30 ildir ki, İran xalqı müstəqil, azad yaşayır və bu müstəqilliyi əldə etmək üçün çox bəlalar görüb. Ən əsası odur ki, bu azadlığı əldə etmək üçün heç kimin qarşısında başımızı əyməmişik”. Açılış nitqindən sonra tədbir iştirakçılarına İran kinorejissoru Məcid Məcidinin “İlahi rəng” filmi nümayiş olunub. Qeyd edək ki, İran kino Hətəsi fevralın 12-nə kimi davam edəcək. Həftə ərzində Azərbaycan Kinematoqrafçılar İttifaqının və Aktyorlar Evinin kino zalında İran rejissorlarının çəkdiyi filmlər göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR