Bank Of Baku

Tiflis Azərbaycan Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır

Tiflis Azərbaycan Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır
# 07 fevral 2009 07:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflis Azərbaycan Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır. Teatrın yaradıcı kollektivi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasını tamaşaya hazırlayır. Tamaşada əsas rolları gənc aktyorlar Sevinc Məmmədova, Aidə Tağıyeva, Namiq Musayev, Mənzər Sadıqova, Binəli Akifov, Fazil Bayramov və başqaları ifa edəcəklər. Əsərə quruluşu gənc rejissor Namiq Valehoğlu verib. Onun APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, tamaşa fevralın 15-dən sonra nümayiş olunacaq. Tamaşanın premyerasına teatr-kino xadimləri, azərbaycanlı ziyalılar və digər rəsmi şəxslər dəvət olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR