Bank Of Baku

Türkiyədə Xocalı soyqırımının ildönümünə həsr olunmuş rəsm sərgisi keçiriləcək

Türkiyədə Xocalı soyqırımının ildönümünə həsr olunmuş rəsm sərgisi keçiriləcək
# 09 fevral 2009 09:53 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova-APA. Fevralın 26-da Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş rəsm sərgisi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayevin APA-ya verdiyi məlumata görə, sözügedən sərgidə Azərbaycanda və Türkiyədə yaşayan gənc azərbaycanlı rəssamların əsərləri nümayiş olunacaq. Sərgidə gənc rəssamların 50-yə yaxın əl işinin nümayişi gözlənilir. Ə. Qarayev həmçinin bildirib ki, martın 19-da Türkiyənin Azərbaycandakı səfirliyi ilə birlikdə uşaq yaradıcılığına həsr olunmuş “Baharın nəfəsi” adlı sərgi keçiriləcək. Həmin sərgidə 7-17 yaşında olan 100-120 istedadlı şagirdin 150-yə yaxın əl işləri sərgilənəcək. Bundan başqa gələn ay İcərişəhərdə, Mədəniyyət Nazirliyinin sərgi salonunda “Bahar” adlı rəsm sərgisi keçiriləcək. Sərgidə 50-yə yaxın gənc rəssamın 100-ə yaxın əl işləri nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR