Bank Of Baku

Milli opera sənəti ulduzları ilk dəfə Puççininin “Toska” operasında aparıcı partiyaları ifa edəcəklər

Milli opera sənəti ulduzları ilk dəfə Puççininin “Toska” operasında aparıcı partiyaları ifa edəcəklər
# 10 fevral 2009 10:44 (UTC +04:00)
Bakı.Kimyə Rüstəmova-APA. Fevralın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada baş rollarda 2003-cü ildə Rusiya Akademik Böyük Teatrında “Toska” partiyasını ifa etmiş xalq artisti, Prezident mükafatçısı Qərinə Kərimova və xalq artisti Azər Zeynalov çıxış edəcəklər. Adıçəkilən tamaşada Azər Zeynalov ilk dəfə olaraq Kavaradossi partiyasını ifa edəcək. Opera tamaşasının dirijoru teatr rəhbərliyi tərəfindən Sankt-Peterburq şəhərindən dəvət olunmuş Arkadi Şteynluxt, quruluşçu rejissoru isə Sankt-Peterbuqun Marinski Teatrının tanınmış rejisoru, Russiyanın xalq artisti Aleksandr Petrovu olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR