Bank Of Baku

Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçün “Nağılı tap” tamaşası səhnələşdiriləcək

Azərbaycan Dövlət  Rus Dram Teatrında uşaqlar üçün “Nağılı tap” tamaşası səhnələşdiriləcək
# 10 fevral 2009 14:20 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova - APA. Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi 2009-cu ilin “Uşaq ili” elan olunması münasibəti ilə azyaşlı tamaşaçılar üçün martın 19-dan 24-dək “Nağılı tap” tamaşasını nümayiş etdirəcək. Bu barədə APA-ya teatrın baş direktoru Ədalət Hacıyev məlumat verib. Onun sözləri görə, sözügedən tamaşanın quruluşçu rejissoru Aleksanr Şarovski, quruluşçu rəssamı isə Alaksandr Fyodorovdur. Tamaşada teatrın gənc aktyorları Tural Mustafayev, Həcər Ağayeva, Anaida Rastovskaya, Natəvan Hacıyeva və başqaları rol alıblar. Ə. Hacıyev həmçinin bildirib ki, 1 iyun – Beynəlxalq Uşaq Günü münasibəti ilə teatrın kollektivi “Nağilı tap” tamaşasının yenidən səhnələşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR