Bank Of Baku

Əlil və kimsəsiz uşaqların rəsm əsərlərindən ibarət satış-sərgi keçiriləcək

Əlil və kimsəsiz uşaqların rəsm əsərlərindən ibarət satış-sərgi keçiriləcək
# 10 fevral 2009 14:38 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova-APA. Fevralın 14-də “Abşeron’’ Rəsm Qalereyasında əlil və kimsəsiz uşaqların rəsm əsərlərinin birinci satış-sərgisi keçiriləcək. “Birliyə Doğru’’ İctimai Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş tutacaq sərgidə Bakı şəhərini əhatə edən 5 internat məktəbinin istedadlı uşaqların 70-dək rəsm əsərləri sərgilənəcək. Sərginin keçirilməsində məqsəd “Uşaq ili’’ çərçivəsində ölkədə keçiriləcək tədbirlərdə iştirak edərək əlil və kimsəsiz uşaqların istedadını üzə çıxardaraq onlara dəstək olmaqdır. Sərginin açılış mərasimində dövlət nümayəndələri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri və xarici dövlətlərin ölkəmizdəki səfirləri iştirak edəcəklər. Qeyd edək ki, satış-sərgidən əldə ediləcək gəlir kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqlar üçün rəsm kurslarının təşkilinə, həmçinin əyani vasitələrin alınmasına sərf ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR