Bank Of Baku

“Qadın, gözəllik və incəsənət” fotomüsabiqəsinə start verilib

“Qadın, gözəllik və incəsənət” fotomüsabiqəsinə start verilib
# 11 fevral 2009 15:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva –APA. Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı və Azərbaycan Fotoqraflar Birliyinin təşkilati dəstəyi ilə fevralın 10-dan gənclər arasında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın, gözəllik və incəsənət” adlı fotomüsabiqəyə start verilib. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin qadına münasibətdə hörmət ruhunda tərbiyəsinin yüksəldilməsi, gənclər arasında foto sənətinə marağın artırılması, incəsənətin bu sahəsində yeni istedadların aşkar edilməsi, gənc fotoqrafların yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsindən ibarətdir. Müsabiqənin qalibləri GİN tərəfindən təsis edilmiş mükafatlar və qiymətli hədiyyələrlə təltif ediləcək. Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması mart ayının 9-da keçiriləcək yekun sərgidə elan ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR