Bank Of Baku

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar xanım rəssamlar arasında təsviri sənət sərgisi keçiriləcək

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar xanım rəssamlar arasında təsviri sənət sərgisi keçiriləcək
# 11 fevral 2009 15:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi (GİN) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım rəssamlar arasında təsviri sənət sərgisi keçirəcək. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin keçirilməsində məqsəd 8 Mart Beynəlxalq Qadınlar Gününün yaradıcı gənclər arasında qeyd olunması, gənc xanım rəssamların yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi və onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasından ibarətdir. Sərgidə yaşı 14-29 olan gənc xanım rəssamlar iştirak edə bilərlər. Sərgidə iştirak etmək istəyən gənc xanımlar təsviri sənət və dekorativ-tətbiqi sənətin müxtəlif növləri üzrə sənət əsərlərini fevralın 10-dan 25-ə kimi Təşkilat komitəsinə təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR