Bank Of Baku

Lənkəran teatrında yeni tamaşalar hazırlanır

Lənkəran teatrında yeni tamaşalar hazırlanır
# 12 fevral 2009 11:55 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında üç yeni tamaşanın məşqlərinə başlanıb. Bu barədə APA-nın cənub bürosuna teatrın baş inzibatçısı Namiq Ağayev məlumat verib. Onun sözlərinə görə, teatrın cari repertuar planına daxil olan əsərlərdən biri də xalq şairi Vaqif Səmədoğlunun “Mamay kişinin yuxuları” komediyasıdır. Hazırda əsərin ilk məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Adil Zeynalov, rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları aparıcı aktyorlardan Eynəli Nurullayev, Qızılgül Quliyeva, Allahverən Babayev, Zemfira Nəcəfova, Miraslan Ağayev, Əlibala Əsgərov və digərləri ifa edəcəklər.
N. Ağayevin sözlərinə görə, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayev Arif Mədətovun “Sezarın qətli”, teatrın direktoru İslam Həsənov isə türk sənətçisi Turqut Özakmanın “Ocaq” əsərlərini tamaşaya hazırlayır.
Hər üç tamaşa mart ayının sonunadək təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR