Bank Of Baku

“Qırxıncı qapı” bədii filminin premyerası keçiriləcək

“Qırxıncı qapı” bədii filminin premyerası keçiriləcək
# 16 fevral 2009 09:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 25-də dövlət sifarişi ilə istehsal olunan “Qırxıncı qapı” tammetrajlı bədii filminin premyerası keçiriləcək. Bu barədə APA-ya məlumat verən filmin rejissoru Elçin Musaoğlu bildirib ki, filmdə 14 yaşlı azərbaycanlı uşağın taleyindən bəhs edir. “Ritm Production”da istehsal olunan filmdə Həsən Səfərəliyev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov, Rövşən Ağayev və başqa aktyorlar çəkilib. Rejissorun sözlərinə görə, filmin çəkilişinə alman prodüserləri də cəlb olunub. Çəkilişləri Azərbaycanda aparılan filmin premyerası Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR