Bank Of Baku

Lənkəranın “Şənlik” mahnı və rəqs ansamblı fəaliyyətini bərpa edib

Lənkəranın “Şənlik” mahnı və rəqs ansamblı fəaliyyətini bərpa edib
# 19 fevral 2009 07:49 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Uzunmüddətli fasilədən sonra Lənkəranın “Şənlik” mahnı və rəqs ansamblı fəaliyyətini bərpa edib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev məlumat verib. Onun sözlərinə görə, 1973-cü ildə yaradılmış kollektiv uzun müddət rayon və respublika miqyaslı tədbirlərin fəal iştirakçısı olub, dəfələrlə Rusiyada, Türkiyədə, İraqda keçirilən folklor kollektivlərinin beynəlxalq festivallarından mükafatla qayıdıb.
1983-cü ildə isə “Şənlik” Polşada keçirilən festivalda ən yüksək mükafat olan “Qızıl balta”ya layiq görülüb. Şöbə müdiri bildirib ki, əsasən qızlardan ibarət olan ansamblın üzvlərinin əksəriyyətinin ailə həyatı qurması məşhur kollektivin dağılmasına səbəb olub: ““Şənliy”in yenidən bərpası məsələsi Şəhər İcra Hakimiyyəti səviyyəsində müzakirə olunub və bir neçə həftə öncə kollektiv yeni istedadlı qızlar tərəfindən ansambl formalaşdırılıb. On iki qızdan ibarət ansambl əməkdar mədəniyyət işçisi, baletmeyster Cabir Əliyevin rəhbərliyi ilə hazırda Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində yeni konsert proqramları üzərində çalışır”.
V. Fərzullayevin sözlərinə görə, ansambl Novruz bayramı şənliklərində tamaşaçılar qarşısında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR