Bank Of Baku

Tiflisdə “Müsyö Jordan və Dərviş Məstəli şah ” komediyası səhnəyə qoyulub

Tiflisdə “Müsyö Jordan və Dərviş Məstəli şah ” komediyası səhnəyə qoyulub
# 19 fevral 2009 08:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Dünən A. Qriboyedov adına Tiflis Rus Dövlət Dram Teatrında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının yeni quruluşda premyerası olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, əsərin quruluşçu rejissoru Namiq Valehoğludur. Teatrın rəhbəri Qoça Kapanadze APA-ya bildirib ki, onlar ilk dəfədir ki, klassik Azərbaycan dramaturgiyasına müraciət edirlər: “Çox maraqlı əsərdir. Bir gürcü kimi mənə əsərdə gedən hadisələr olduqca maraqlı gəlir, elə əsərin adi da qeyri-adi səslənir. İnanıram ki, bu əsərdən sonra gənc rejissor Namiq Valehoğlunun uğurları daha çox olacaq. Bundan başqa biz fevralın 26-da Xocalı faciəsinə həsr etdiyimiz “Müharibə” adlı səhnəcik də hazırlamışıq”.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Marneuli, Bolnisi, Rustavi, Qardabani, Msxeta rayonlarından gələn tamaşaçılar əsərin premyerasına tamaşa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR