Bank Of Baku

İranda Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədrinin sərgisi təşkil olunub

İranda Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədrinin sərgisi təşkil olunub
# 23 fevral 2009 09:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə VIII Təbriz Beynəlxalq Karikatura Müsabiqəsinin münsiflər heyətində iştirak etmək üçün İranda olub. APA-nın məlumatına görə, səfər çərçivəsində Ərdəbildə B. Hacızadənin əsərlərindən ibarət sərgi təşkil edilib. O, Təbrizdə yeni yaradılmış “Azərbaycan Karikatura Muzeyi”ndə İran karikaturaçıları ilə görüş və mətbuat konfransı keçirib. İran rəssamlarının Bakıda, Azərbaycan karikaturaçılarının isə İranda geniş tərkibli sərgisinin təşkili ilə bağlı razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR