Bank Of Baku

İrəvan Azərbaycan Dövlət Dram Teatrının kollektivi Gürcüstana qastrola gedib

İrəvan Azərbaycan Dövlət Dram Teatrının kollektivi Gürcüstana qastrola gedib
# 23 fevral 2009 10:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İrəvan Azərbaycan Dövlət Dram Teatrının kollektivi Gürcüstanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan APA-ya bildirilib ki, səfər çərçivəsində teatrın direktoru İftixar Piriyevin pyesi əsasında xalq artisti Vaqif Əsədovun quruluş verdiyi “Körpü” tamaşası nümayiş olunacaq. Tamaşada Qafqaz xalqlarının dostluğu tərənnüm edilir. “Körpü” tamaşası Qafqaz teatrları şəbəkəsinin tamaşası kimi dəyərləndirilir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşaya Soros Fondunun maliyyə dəstəyi ilə aktyorlar dəvət edilib. Süjet xəttinin əsasını imperiyaya və müstəmləkəyə qarşı mübarizə təşkil edən tamaşa Qafqazda sülhün, əmin-amanlığın, milli münasibətlərin bərpasına həsr olunub. Tamaşanın rəssamı Nazim Bəykişiyev, bəstəkarı Cavanşir Quliyevdir. Tamaşada teatrın aktyorları ilə yanaşı, Səməd Vurğun adına Rus Dövlət Dram Teatrı, Gənclər Teatrı, Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrının, o cümlədən Dağıstan və Gürcüstan teatrlarının aktyorları rol alıblar. Teatr kollektivinin səfəri fevralın 25-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR