Bank Of Baku

Bakıda “Satira” teatr-studiyası yaradılıb

Bakıda “Satira” teatr-studiyası yaradılıb
# 24 fevral 2009 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki “Vahid evi”nin nəzdində “Satira” teatr-studiyası yaradılıb. Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr-studiya ilk tamaşasını artıq aprel ayında teatrsevərlərə təqdim edəcək. “Vicdansız” adlanan birpərdəli pyesin müəllifi dramaturq Rəhman Əlizadədir. Satirik tamaşa müəllifin özünün quruluşünda hazırlanır. Tamaşanın musiqi tərtibatçısı bəstəkar Eldar Mansurov, rəssamı Vüqar Əliyevdir. Sözügedən tamaşada rejissor hələ tanınmayan tələbə akytorlara rol verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR