Bank Of Baku

Azərbaycanın əməkdar artisti İlqar Muradov solo-konsert verəcək

Azərbaycanın əməkdar artisti İlqar Muradov solo-konsert verəcək
# 24 fevral 2009 13:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın əməkdar artisti İlqar Muradov solo-konsert verəcək. Bu barədə APA-ya məlumat verən sənətçi deyib ki, o, solo-konsertini Azərbaycan Dövlət Filarmoniyasında may ayında keçirməyi planlaşdırır. Konsert üçün xüsusi proqram hazırladığını deyən İ.Muradov, həmin konsertdə bir sıra sürprizlərin olacağını da vurğulayıb.
Bir müddət əvvəl Avstriyada yeni albomunu çıxaran müğənni artıq bu albomu yerli pərəstişkarlarına ixtiyarına verib. Sənətçi albomun Azərbaycanda da satışda olduğunu deyib. Müğənni albomunun pirat versiyasının hazırlanmaması üçün mübarizə aparmağın nəticəsiz olduğunu açıqlayıb: “Piratlarla necə mübarizə aparmaq lazım olduğunu bilmirəm. Azərbaycan piratlar ən böyük faciədir. Çox təəssüf ki, piratlarla mübarizə biz də çox zəifdir”.
İ. Muradov Azərbaycan təmsilçisinin “Eurovision-2009” mahnı müsabiqəsində iranlı müğənni-bəstəkar Araşın mahnısını oxumasına da münasibət bildirib: “Düşünürəm ki, bizim öz bəstəkarlarımızın mahnılarından istifadə edilsəydi və həmin musiqidə bir balaca muğamdan istifadə edilsəydi daha məqsədəuyğun olardı. Azərbaycan musiqisi zənginliyi və böyüklüyü ilə bütün dünyaya meydan oxuya bilər. Bizim musiqimizin ən böyük zənginliyi bizim ululuğumazdadır. Elə bu cür mötəbər müsabiqələrdə azərbaycanlı bəstəkarların əsərlərindən istifadə olunmalıdır. Belə hallarda reklamdan çox müvəffəqiyyət haqqında düşünülmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR