Bank Of Baku

Bakı İncəsənət Mərkəzində rəssam Lalə Sadıxovanın fərdi yaradıcılıq sərgisi açılacaq

Bakı İncəsənət Mərkəzində rəssam Lalə Sadıxovanın fərdi yaradıcılıq sərgisi açılacaq
# 25 fevral 2009 13:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 6-da Bakı İncəsənət Mərkəzi- “Yeni Gallery”də rəssam, dizayner Lalə Sadıxovanın fərdi yaradıcılıq sərgisinin açılışı keçiriləcək. Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədlinin APA-ya verdiyi məlumata görə, fərdi yaradıcılıq sərgisi 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunacaq. Sərginin nümayişi martın 15-dək davam etdiriləcək.

Qeyd edək ki, Lalə Sadıxova 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini dekorativ tətbiqi-sənət ixtisası üzrə bitirib. 1990-cı illərin sonunda ailəsi ilə birgə müvəqqəti olaraq Türkiyəyə köçdükdən sonra L. Sadıxova bədii yaradıcılıqda ilk addımlarını atıb. Rəssam elə Türkiyədə yaşadığı illərdə yaradıcılıq planlarını gerçəkləşdirməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR