Bank Of Baku

Bakıda Almaniyanın tanınmış heykəltəraşının sərgisi açılacaq

Bakıda Almaniyanın tanınmış heykəltəraşının sərgisi açılacaq
# 26 fevral 2009 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda Almaniyanın tanınmış heykəltəraşı Bernhard Lemanın sərgisi açılacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, bu sərgi Azərbaycanda “Almaniya ilə tanışlıq” devizi altında keçirilən Almaniya həftələri çərçivəsində reallaşacaq. Sərginin nümayişinin bu ilin aprelində “Külək plastikası” adı altında “Qız qalası” qalereyasında keçirilməsi nəzərdə tutulur. Sərgi “Qız qalası” qalereyası ilə Berlin-Bakı qalereyasının birgə əməkdaşlığı ilə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR