Bank Of Baku

Bakıda alman heykəltəraş Günter Ükerin sərgisi açılıb

Bakıda alman heykəltəraş Günter Ükerin sərgisi açılıb
# 27 fevral 2009 12:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Bakı Rəssamlıq Akademiyasında “Azərbaycanda Almaniya həftələri” çərçivəsində almaniyalı heykəltəraş Günter Ükerin əl işlərindən ibarət sərgisi açılıb. APA-nın məlumatına görə, sərgi Almaniyanın Azərbaycandakı səfirliyinin və Bakı Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə çıxış edən 80 yaşlı Günter Üker bildirib ki, bu, onun Azərbaycanda keçirilən ikinci sərgisidir. Lakin heykəltəraş Azərbaycanda daha böyük miqyaslı sərgi ilə çıxış etmək arzusunu da bildirib. Qeyd edək ki, sərgidə G. Ükerin taxta və metaldan düzəldilmiş 10-a əl işi nümayiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR