Bank Of Baku

Azərbaycan Dövlət Gənclər Teatrı 20 illik yubileyi münasibəti ilə silsilə yubiley tamaşaları nümayiş etdirəcək

Azərbaycan Dövlət Gənclər Teatrı 20 illik yubileyi münasibəti ilə silsilə yubiley tamaşaları nümayiş etdirəcək
# 02 mart 2009 09:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənclər Teatrı 20 illik yubileyi münasibəti ilə silsilə yubiley tamaşaları nümayiş etdirəcək. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan APA-ya bildirilib ki, tamaşaların nümayişinə bu gündən start veriləcək. Aktyor Evində göstəriləcək yubiley tamaşaları 3, 4 və 12 martda nümayiş olunacaq. Teatr kollektivi teatrın repertuarında olan tamaşalarla sənətsevərlərin görüşünə gələcək. Teatr sektordan o da bildirilib ki, yaxın vaxtlarda Qazax Teatrı da fəaliyyətinin 20 illiyini qeyd edəcək. 1988-ci ilin iyun ayında Azərbaycan Nazirlər Sovetinin qərarına əsasən təməli qoyulan Qazax Teatrının ilk tamaşası Bəxtiyar Vahabzadənin “Dar ağacı” tarixi dramı əsasında hazırlanıb. Teatr kollektivinin ifasında ilk dəfə olaraq bu tamaşa 1989-cu ilin iyunun 1-də nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR