Bank Of Baku

Lənkəranın “Nənələr” ansamblının üzvlərindən biri dünyasını dəyişib - FOTO

Lənkəranın “Nənələr” ansamblının üzvlərindən biri dünyasını dəyişib - <font color=red>FOTO</font>
# 02 mart 2009 10:17 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranın məşhur “Nənələr” folklor ansamblının üzvü Gülbacı Məmmədova 85 yaşında dünyasını dəyişib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev məlumat verib. Onun sözlərinə görə, rayonun Separadi kənd mədəniyyət evinin nəzdində 20 il bundan əvvəl Məmmədova bacıları tərəfindən yaradılmış kollektiv qədim xalq folklor incilərinin təbliğində əvəzsiz xidmət göstərib. “Nənələr” dəfələrlə respublika telekanallarının qonağı olub, ifa etdiyi mahnılarla geniş tamaşaçı rəğbəti qazanıb.

Şəkildə: “Nənələr” ansamblı-Gülbacı Məmmədova sağdan birinci.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR