Bank Of Baku

“Berlində müasir tikililər” adlı sərginin açılışı keçirilib

“Berlində müasir tikililər” adlı sərginin açılışı keçirilib
# 03 mart 2009 11:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə almaniyalı fotoqraf Ralf Hinterkeuserin “Berlində müasir tikililər” adlı sərgisinin açılışı keçirilib. APA-nın məluamtına görə, bu sərgi “Almaniya ilə tanışlıq” devizi altında keçirilən Azərbaycanda Almaniya həftələri çərçivəsində “Müasir alman memarlığı” sərgiləri silsiləsindəndir. Sərginin açılışında Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin xarici işlər üzrə prorektoru Nərgiz Abdullayeva, Almaniyanın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Herbert Şmitter çıxış ediblər. İki ölkə arasında mədəni əlaqələrin hər il daha da genişlənməsini yüksək qiymətləndirən natiqlər, bunun davam etməsi üçün belə tədbirlərin təşkilinin vacibliyini vurğulayıblar. Sərgiyə fotoqrafın Berlinin memarlığını əks etdirən 50-yə yaxın əsəri çıxarılıb. Sərginin nümayişi bir ay davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR