Bank Of Baku

Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
# 03 mart 2009 15:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Cəfər Cabbarlının ev muzeyində görkəmli dramaturqun 110 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Muzeydən APA-ya verilən məlumatda bildirilib ki, martın 6-da həyata keçiriləcək tədbir “Mən bir susmaz duyğuyam ki...” adı altında baş tutacaq. Cəfər Cabbarlının ev muzeyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə təşkil etdiyi yubiley tədbirində muzeyin direktoru Gülarə Cabbarlı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin professoru Nizaməddin Şəmsizadə, dosentlər Rəhim Əliyev, Asif Rüstəmli və başqaları çıxış edəcəklər. Yubiley mərasimində N. Şəmsizadə “Cəfər Cabbarlı və XX əsrdə ədəbi hərəkat”, dosent Rəhim Əliyev “Cəfər Cabbarlı və maarifçilik”, dosent Asif Rüstəmli isə “Cəfər Cabbarlı haqqında açılmamış səhifələr” mövzusunda məruzə söyləyəcəklər. Tədbirin bədii hissəsində universitetin tələbələri C. Cabbarlının əsərləri əsasında hazırlanmış tamaşalardan parçalar ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR