Bank Of Baku

Akademik Opera və Balet Teatrında Cuzeppe Verdinin “Aida” operası nümayiş olunacaq

Akademik Opera və Balet Teatrında Cuzeppe Verdinin “Aida” operası nümayiş olunacaq
# 04 mart 2009 12:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üç dövlətin - Azərbaycan, Gürcüstan və Belarusun opera sənəti ulduzlarının ifasında Cuzeppe Verdinin “Aida” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Aida partiyasını Azərbaycanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Qərinə Kərimova, Radames partiyasını Gürcüstanın xalq artisti, dövlət mükafatı və beynəlxalq müsabiqələr laureatı, professor Teymuraz Ququşvili, Amneris partiyasını isə Belarusun əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Oksana Yakuşeviç ifa edəcək. Tamaşanın nümayişi martın 14-də baş tutacaq. Məlumatda bildirilib ki, belaruslu vokalçı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ilk dəfə çıxış edəcək. Oksana Yakuşeviç Belarus Opera və Balet Teatrının aparıcı solistidir. O, Almaniya, Çexiya, Finlandiya, Fransa, Bolqarıstan, Sloveniya, Avstriya və İtaliyada uğurlu qastrol səfərlərində olub. Həmin gün tamaşanı xalq artisti Cavanşir Cəfərov idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR