Bank Of Baku

Azərbaycanlı violençel ifaçısı Portuqaliyada keçirilən beynəlxalq musiqi müsabiqəsində birinci yerə layiq görülüb

Azərbaycanlı violençel ifaçısı Portuqaliyada keçirilən beynəlxalq musiqi müsabiqəsində birinci yerə layiq görülüb
# 06 mart 2009 11:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanlı violençel ifaçısı Portuqaliyada keçirilən beynəlxalq musiqi müsabiqəsində birinci yerə layiq görülüb. Bakı Musiqi Akademiyasından (BMA) APA-ya verilən məlumata görə, sözgedən müsabiqə Portuqaliyanın Fonszal şəhərində keçirilən Musiqi İfaçılığı və Pedaqoqika Beynəlxalq Forum çərçivəsində baş tutub. Həmin müsabiqədə Azərbaycanı BMA-nın IV kurs tələbəsi Lalə Mürşidli qalib olub. L.Mürşidlinin müəllimi professor Nəzmiyə Abbaszadə, konsertmeystri dosent Kəmalə Neymanovadır. İfaçı Bakı Musiqi Akademiyasının nəzdindəki məktəb-studiyada oxuyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR