Bank Of Baku

Gürcüstanda hərbi jurnalist Şəmistan Əlizamanlının 50 illik yubileyi qeyd olunub

Gürcüstanda hərbi jurnalist Şəmistan Əlizamanlının 50 illik yubileyi qeyd olunub
# 10 mart 2009 11:24 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə – APA. Bu gün Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzində hərbi jurnalist Şəmistan Əlizamanlının 50 illik yubileyi keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbiri mərkəzin rəhbəri Fazil Həsənov açaraq yubilyar barədə Gürcüstan ziyalılarına məlumat verib. Tədbirdə Azərbaycanın millət vəkili Qənirə Paşayeva, xalq şairi Zəlimxan Yaqub, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov da iştirak edib. Yubilyara hədiyyələr təqdim edilib.
Ş. Əlizamanlı öz tərcümeyi-halı barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd edək ki, sabah Marneuli rayonunun Sadaxlı kəndində Ş. Əlizamanlının yubileyinə həsr olunan tədbir keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR