Bank Of Baku

Azərbaycanın xalq artisti Siyavuş Aslanın səhhətində problem yaranıb

Azərbaycanın xalq artisti Siyavuş Aslanın səhhətində problem yaranıb
# 11 mart 2009 14:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Siyavuş Aslanın səhhətində problemlər var. Azərbaycan Dövlət Akademik Milli Teatrın direktoru Maqbet Bünyatov APA-ya açıqlamasında deyib ki, hazırda aktyor ev şəraitində müalicə olunur. Teatr direktorunun sözlərinə görə, Siyavuş Aslanın səhhəti üç ay bundan əvvəl keçirdiyi insultdan sonra pisləşib: “Bu müddət ərzində Siyavuş müəllim teatra belə gələ bilməyib. Ancaq o təqaüdə çıxmayıb, sadəcə səhhətindəki problemlərdən dolayı həkimlər ona işə çıxmağa icazə vermirlər. Teatrın kollektivi hər gün Siyavuş Aslanın səhhəti ilə maraqlanır. Şəxsən mən evinə gedib ona baş çəkirəm”. M. Bünyatov deyib ki, hazırda həkim nəzarətində olan aktyorun nə zaman işə çıxacağı hələ məlum deyil: “Bu gün özü ilə danışdım. Dedi ki, işə gəlmək istəyir, yəni özünü nisbətən yaxşı hiss edir. Ancaq hələ də yataqdadır. İşə gəlmədiyi müddətdə isə Siyavuş Aslanın rollarını dublyorlar ifa edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR