Bank Of Baku

Xalq rəssamı Məmmədağa Hüseynovun 80 illik yubileyi qeyd edilib

Xalq rəssamı Məmmədağa Hüseynovun 80 illik yubileyi qeyd edilib
# 11 mart 2009 15:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Muzey Mərkəzində Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycanın xalq rəssamı Məmmədağa Hüseynovun 80 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kinoşünas Aydın Kazımzadə M. Hüseynovun həyat və yaradıcılığından danışıb: “Onun filmlərə çəkdiyi eskizlər və fərdi rəngkarlıq əsərləri dünyanın bir çox ölkəsində təşkil olunan sərgilərdə uğurla nümayiş etdirilib. Məmmədağa Hüseynov 1969-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi olub. 1956-cı ildən ömrünün sonuna kimi isə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında quruluşçu rəssam işləyib”.

Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev rəssamın bir çox filmə, o cümlədən “Bir məhəllədən iki nəfər”, “Kölgələr sürünür”, “Ögey ana”, “Böyük dayaq”, “Sehrli xalat”, “Əhməd haradadır?”, “Liftçi qız”, “Dağlarda döyüş”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi”, “Asif, Vasif, Ağasif” və digər filmlərə rəssam kimi bədii tərtibat verdiyini qeyd edib. M. Hüseynovun sovet təsviri sənət məktəbinin ən yaxşı ustalarından dərs aldığını diqqətə çatdıran fond rəhbəri, onun gənc nəsil Azərbaycan rəssamlarının yetişməsində müstəsna xidmətləri olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR