Bank Of Baku

Avropa ölkələrindən olan 5 təsviri sənət ustası Azərbaycanda yaradıcılıqla məşğul olacaq

Avropa ölkələrindən olan 5 təsviri sənət ustası Azərbaycanda yaradıcılıqla məşğul olacaq
# 17 mart 2009 10:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Şimalı Avropa ölkələrindən olan 5 təsviri sənət ustası Bakı və onun ətrafındakı kəndlərdə yerləşən mədəniyyət mərkəzlərində yaradıcılıq işləri ilə məşğul olacaqlar. APA-nın məlumatına görə, Danimarka, İslandiya, Finlandiya, Norveç və İsveçdən olan Eva Koch, Anna Lindal, Johanna Hyrkas, Lotte Konou Lund və Monika Larsson Əhmədli, Pirşağı, Binə, Qala və Şüvəlan mədəniyyət mərkəzlərində yaradacaqları public/ community art ( İctimai məkanda əhalinin iştirakı ilə yaradılan incəsənət) əsərləri ilə bağlı araşdırmalar aparacaqlar. Bu səfər Nordic Culture Point təşkilatı, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (ACİ YF) tərəfindən maliyyələşdirilib. Bu gün keçirilən mətbuat konfransında ACİ YF-nın incəsənət və mədəniyyət üzrə müdiri Cahangir Səlimxanov bildirib ki, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi də layihəni dəstəkləyib. Məqsəd Azərbaycanı müştərək incəsənət məntəqəsi şəbəkələri ilə əhatə etmək, başqa mədəniyyətləri təmsil edən rəssamlarla mədəniyyətlərarası görüşlər təşkil etməkdir. C. Səlimxanov bildirib ki, layihə bir il ərzində həyata keçiriləcək, lakin kifayət qədər bahalı layihə olduğundan rəssamların bir il ərzində Azərbaycanda qalmaq imkanları yoxdur. Ona görə də rəssamlar ilin ayrı-ayrı vaxtlarında Azərbaycana yenidən səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR