Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Teatrı kiçik tamaşaçılar üçün “Gəl Novruzum” tamaşasının nümayişinə başlayıb

Azərbaycan Dövlət Akademik Milli Teatrı kiçik tamaşaçılar üçün “Gəl Novruzum” tamaşasının nümayişinə başlayıb
# 17 mart 2009 12:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Teatrının kollektivi Novruz bayramı münasibəti ilə kiçik tamaşaçılar üçün yeni tamaşa hazırlayıb. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, Novruz şənliklərinə həsr olunan Salam Cavadlının “Gəl Novruzum” tamaşasında əməkdar artistləri Əli Nur, Firuz Xudaverdiyev, artistlər Əlvida Cəfərov, Şəhla İsmayılova, Rəşad Bəxtiyarov, Elnur Qədirov, Rada Nəsirova, Elnar Qarayev, Sərdar Rüstəmov və Samirə Məmmədova iştirak edirlər. Tamaşaların nümayişi Aktyor Evində təşkil olunacaq. Bu gündən nümayişinə start verilən tamaşa martın 22-dək, gündə 5 dəfə saat 10.00, 12.00, 14.00, 16.00 və 18.00-da oynanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR