Bank Of Baku

“Baharın nəfəsi” adlı müsabiqə-sərgi keçirilib

“Baharın nəfəsi” adlı müsabiqə-sərgi keçirilib
# 19 mart 2009 14:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Tofiq İsmayılov adına “Uşaq aləmi” rəsm qalereyasında “Baharın nəfəsi” adlı müsabiqə-sərgi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Rəssamlar İttifaqı ilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan müsabiqə-sərgidə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev layihənin 10 ildir həyata keçirildiyini deyib. O bildirib ki, müsabiqə-sərgi 6-17 yaş arasında, üç yaş qrupu üzrə keçirilib. Kiçik yaş qrupunda 6-9, orta yaş qrupunda 9-12, böyük yaş qrupunda isə 12-17 yaş arası rəssamlar iştirak ediblər. Ümumilikdə müsabiqə-sərgiyə 300 əsər təqdim olunub, onların 150-nin nümayişi təşkil olunub. Hər yaş qrupu üzrə beş rəssama diplomlar və hədiyyələr verilib. Sərgi-müsabiqədə fərqlənən digər rəssamlara həvəsləndirici mükafatlar təqdim edilib.

Türkiyə səfirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə növbəti müsabiqə-sərgi 23 aprel – Türkiyənin uşaq bayramı münasibətilə aprel ayında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR