Bank Of Baku

Azərbaycan rəssamlarının İstanbulda sərgisi keçiriləcək

Azərbaycan rəssamlarının İstanbulda sərgisi keçiriləcək
# 26 mart 2009 11:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin may ayında İstanbulun “Bəyoğlu” rəsm qalereyasında Azərbaycan rəssamların sərgisi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayevin APA-ya verdiyi məlumata görə, sərgidə yeni yaradılmış “Kontakt” qrupunda təmsil olunan tanınmış rəssamların əsərlərinin nümayişi nəzərdə tutulur. Sözügedən qrupda Azərbaycanın xalq rəssamları Fazil Nəcəfov, Mirnadir Zeynalov, rəssamlar Hüseyn Haqverdiyev, Nazim Rəhmanov və Ənvər Qarayev təmsil olunub. 10 gün davam edəcək sərgidə hər rəssamın 10 işi sənətsevərlərin ixtiyarına veriləcək. İttifaq katibi deyib ki, sözügedən sərgi İstanbuldan əvvəl Vəcihə Səmədova adına Sərgi Salonunda nümayiş olunacaq. Azərbaycan rəssamlarının İstanbulda növbəti sərgisinin isə bu ilin noyabrında keçirilməsi planlaşdırılır. Bu sərgi ilə bağlı İstanbul Şəhər Bələdiyyəsi ilə razılıq əldə olunduğunu bildirən Ə. Qarayev sərginin “Taksim” rəsm qalereyasında keçirilməsinin qərar alındığını vurğulayıb. “İstanbul - Azərbaycan rəssamlarının gözü” ilə adı altında keçiriləcək sərgidə Türkiyədə yaşayan azərbaycanlı rəssamların da əsərləri sərgilənəcək. Rəssamın bildirdiyinə görə, sözügedən sərgidə Azərbaycan rəssamlarının İstanbula həsr etdiyi 200-ə yaxın əl işinin nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR