Bank Of Baku

Beynəlxalq Teatr Günü Lənkəranda qeyd olunub

Beynəlxalq Teatr Günü Lənkəranda qeyd olunub
# 27 mart 2009 16:51 (UTC +04:00)
Tədbirdə teatrın direktoru İslam Həsənov çıxış edərək yaradıcı kollektivin ötən 35 illik fəaliyyətindən və planlarından söz açıb. Bu yaxınlarda respublika Teatr Xadimləri İttifaqının mükafatına layiq görüldüyünü diqqətə çatdıran direktor hazırda teatrın səhnəsində xalq şairi Vaqif Səmədoğlunun “Mamay kişinin yuxuları”, türk sənətçisi Turqut Özakmanın “Ocaq” və Arif Mədətovun “Sezarın qətli” əsərlərinin tamaşaya hazırlandığını bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Nadir Muradov çıxış edərək, teatrın kollektivinə yaradıcılıq uğurları diləyib. Bir qrup aktyora mükafatlar təqdim olunub.

Daha sonra Braziliya dramaturqu Gilyermo Fiqeyredonun “Ezop” tamaşasına baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR