Bank Of Baku

“Hünər” IV Vətənpərvər Mahnılar Festivalının yekun konserti keçirilib

“Hünər” IV Vətənpərvər Mahnılar Festivalının  yekun konserti keçirilib
# 29 mart 2009 14:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Hünər” IV Vətənpərvər Mahnılar Festivalının yekun konserti keçirilib. APA-nın məlumatına görə, festival “Azərbaycan gəncliyi” (2005-2009-cu illər) Dövlət Proqramına əsasən keçirilir. Festivalın yekun konsertində çıxış edən nazirliyin sektor müdiri Əli Məmmədov bildirib ki, gənclər siyasətinin ən vacib istiqamətlərindən biri gənclərin hərbi-vətənpərvərlik ruhunun qaldırılmasıdır. Bunun üçün nazirliyin çoxsaylı tədbirlər keçirdiyini deyən Ə. Məmmədovun sözlərinə görə, festival Vətəni tərənnüm edən mahnıların gənc nəslə tanıdılmasına, qabiliyyətli, vətənpərvərlik ruhunda yazılmış mahnıları yaşadan gənclərin daha da ruhlandırılmasına kömək edəcək. Festivalın sonunda ölkənin müxtəlif bölgələrindən olan 10 qalibə nazirliyin mükafat və fəxri fərmanları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR