Bank Of Baku

Tiflisdə Azərbaycan fotoqrafının sərgisi keçirilib

Tiflisdə Azərbaycan fotoqrafının sərgisi keçirilib
# 30 mart 2009 17:03 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Kopala rəsm qalareyasında Azərbaycan kino operatoru, foto ustası, əməkdar incəsənət xadimi, Azərbaycanın və keçmiş SSRİ-nin dövlət mükafatı laureatı Rafiq Qəmbərovun foto-sərgisi keçirilib. Fotoqrafın “Sehirli ölkə” adlı foto-sərgisini Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev açıb.
Tədbirdə Gürcüstanın xalq artistləri Vaxtanq Kikabidze, Kaxa Kavsadze sərgi barədə fikirlərini bildiriblər.
Qeyd edək ki, sərgidə fotoqrafın 87 əsəri nümayiş etdirilib. Eyni zamanda, onun 70 şəkildən ibarət foto-kataloqu sərgiyə gələnlərə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR