Bank Of Baku

Aybəniz Haşımovanın qızı Aynişan atası Xalid Quliyev haqqında çəkilən filmdə öz anasının obrazını canlandırıb

Aybəniz Haşımovanın qızı Aynişan atası Xalid Quliyev haqqında çəkilən filmdə öz anasının obrazını canlandırıb
# 01 aprel 2009 11:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Xəzər” televiziyasının və “Oskar” Kino Şirkətinin birgə layihəsi olan “Ölümsüzlər”in növbəti seriyası 1992-ci ildə vətən uğrunda şəhid olmuş Xalid Quliyevə həsr olunub. APA-nın məlumatına görə, bu gün filmin təqdimat mərasimi keçirilib. Filmin quruluşçu rejissoru “Oskar” Kino Şirkətinin rejissoru Sain Qəhrəmanoğlu, operatorları Sərxan Musayev və Rasim Eyvazov, montajçısı Vüqar Əliyevdir. Filmdə bəstəkar Oqtay Kazıminin mahnılarından istifadə olunub. 40 dəqiqəlik filmdə mərhumun həyat yoldaşı, əməkdar artist Aybəniz Haşımova, mərhumun anası, silahdaşları vətən uğrunda şəhid olmuş Xalid Quliyev haqqında danışıblar. Bədii-sənədli filmdə bəzi maraqlı məqamlar da yer alıb. Real faktlar üzərində qurulan filmdə, ən maraqlı məqam odur ki, ekran əsərində qəhrəmanın həyat yoldaşı Aybəniz Haşımovanın obrazını məhz Xalid Quliyevin öz qızı Aynişan Quliyeva canlandırıb. Şəhid olmuş Xalid Quliyev obrazını isə gənc şair və musiqiçi Tərlan Növrəsli yaradıb. Bu gün təqdimatı keçirilən film aprelin 2-də “Xəzər” televiziyasında yayımlanacaq. Tədbirdə çıxış edən əməkdar artist Aybəniz Haşımova filmin təmənnasız çəkildiyini bildirib: “Bu film şəhid ailələrinə təmənnasız olaraq çəkilir. Buna görə də bu filmin çəkilişində əziyyət çəkən hər bir kəsə mərhumun həyat yoldaşı kimi təşəkkürümü bildirirəm. Mən çox xoşbəxtəm ki, mənim həyat yoldaşım Vətən uğrunda şəhid olub. Mən qızımın atasının torpağa tapşıranda 21 yaşında idim. Düz 18 ildir ki, bu ağrını qəlbimdə yaşadıram. Xalidi torpağa tapşırandan sonra ancaq ürəyimdə bir arzu yarandı. Onun məzarı önündə söz verdim ki, sənin heyfini alacağam. Onları öldürmək kaş mənə də qismət olaydı”. Tədbirdə millət vəkili Qənirə Paşayeva da torpaq uğrunda şəhid olmağı xoşbəxtlik hesab etdiyini deyib. Millət vəkili belə şərəfli həyat sürən və Vətəni uğrunda ölümə gedən Xalid Quliyevin haqqında çəkilən bu filmi yüksək qiymətləndirdiyini bildirib. Tədbirdə tanınmış mədəniyyət, incəsənət və dövlət xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR