Bank Of Baku

Lənkəranda folklor qrupuna dəstək və mədəniyyət evinin bərpası layihəsinin təqdimatı keçirilib

Lənkəranda folklor qrupuna dəstək və mədəniyyət evinin bərpası layihəsinin təqdimatı keçirilib
# 02 aprel 2009 13:59 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev –APA. Bu gün Lənkəran rayonun Girdəni kəndində folklor qrupuna dəstək və mədəniyyət evinin bərpası layihəsinin təqdimat mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (UDAİD) maliyyələşdirdiyi və “CHF İnternational” təşkilatının icra etdiyi İcma İnkişaf Fəaliyyəti proqramı çərçivəsində reallaşan bu layihə zamanı 12 641 ABŞ dolları məbləğində iş görülməklə Girdəni kənd mədəniyyət evinin “Vənəşə” (“Bənövşə”) talış folklor qrupunun fəaliyyəti üçün pianino, nəfəs və zərb alətləri alınıb, həmçinin kollektivin məşq otağı təmir olunub və bununla da yerli sakinlərin mədəni istirahəti öz həllini tapıb.
Layihənin açılış mərasimlərində çıxış edən “CHF İnternational” təşkilatının ölkə üzrə direktoru Zoran Radiç təmsil etdiyi qurumun Azərbaycanın iqtisadiyyatının inkişafı və sosial tərəqqisi naminə həyata keçirdiyi layihələr barədə məlumat verib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni ərazi vahidliyi üzrə nümayəndəsi Şirqasım Məmmədov, kənd məktəbinin direktoru Fətulla Babayev və başqaları çıxış edərək Azərbaycan kəndinin sosial problemlərinin həlli üçün köməkliyə görə ABŞ hökumətinə, USAİD və “CHF İnternatonial” təşkilatlarına minnətdarlıqlarını çatdırıblar.
Sonda Girdəni kənd mədəniyyət evinin folklor qrupu maraqlı konsert proqramı ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR