Bank Of Baku

Kinodramaturq İmran Qasımovun Lipetsk Film Fondunda saxlanılan foto-neqativləri Azərbaycan Dövlət Film Fonduna təqdim olunub

Kinodramaturq İmran Qasımovun Lipetsk Film Fondunda saxlanılan foto-neqativləri Azərbaycan Dövlət Film Fonduna təqdim olunub
# 02 aprel 2009 14:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın görkəmli kinodramaturqu İmran Qasımovun Lipetsk Film Fondunda saxlanılan foto-neqativləri Azərbaycan Dövlət Film Fonduna təqdim olunub. Bu barədə APA-ya Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. C. Quliyev bildirib ki, təqdim olunan foto-neqativlər artıq fondun arxivindədir.
Dövlət Film Fondunun təşkilatçılığı ilə görkəmli dramaturq Cəfər Cabbarlının 110 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək. Tədbir Muzey Mərkəzində aprelin ortalarında təşkil olunacaq. Fondun təşkilatçılığı ilə keçiriləcək növbəti tədbir isə kinorejissor Vaqif Mustafayevin 1989-cu ildə çəkdiyi “Yaramaz” filminin 20 illiyinə həsr olunacaq. Tədbirin Dövlət Musiqili Komediya Teatrında mayda keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR