Bank Of Baku

“Natiq” Ritm Qrupu aprelin 11-də konsert verəcək

“Natiq” Ritm Qrupu aprelin 11-də konsert verəcək
# 03 aprel 2009 13:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün “Natiq” Ritm Qrupu Azərbaycanda indiyə kimi həyata keçirilməmiş yeni layihəyə imza atacaq. APA-nın məlumatına görə, bu barədə qrupun rəhbəri, əməkdar artist Natiq Şirinov, DJ Mansur Əhmədov və “Sace Club” restoranın rəhbəri Nigar Sultanovanın bu gün keçirdiyi mətbuat konfransında bildirilib. Tədbirdə çıxış edən Natiq Şirinov aprelin 11-də Bakıda fəaliyyət göstərən “Sace Club”da konsert verəcəklərini açıqlayıb. Çıxışında N. Şirinov Azərbaycanda belə bir şounun ilk dəfə məhz onlar tərəfindən keçiriləcəyini qeyd edib: “Təklif yeni açılan restoranın rəhbəri Nigar xanım tərəfindən gəlib. Azərbaycanda ilk dəfə belə bir şou baş tutacaq. Bu klubun ilk layihəsidir. Yəqin ki, davamı da olacaq. Əvvəlki konsertimiz sırf dinləyci auditoriyası üçün nəzərdə tutulmuşdu, bu dəfə isə gələn qonaqlar həm əylənə, həm də dinləyə biləcəklər”.
Qrup rəhbəri əslində bu layihəni ifaçılarla birgə həyata keçirmək arzusunda olduğunu, lakin onların ritmi duymaq qabiliyyətinə malik olmadığını deyib: “Əslində, biz bu layihəni səs ifaçıları ilə reallaşdırmaq istərdik, lakin onların arasında ritmi duya bilən müğənni çox azdır. Bunu Sevda Ələkbərzadə ilə reallaşdıra bilərdik, təəssüf ki, o da yaradıcılıq işlərinə görə çox məşğuldur”. N. Şirinov nağara alətinə layiqli yerin verildiyini və bundan həm onun, həm də həmkarlarının çox məmnun olduğunu deyib: “Artıq insanların nağara ifasına meyli gündən-günə artmağa başlayır. Bir də sevinirəm ki, məni görəndə Natiq müəllim deyirlər, daha “dumbulçalan” yox... Yəni, bizi nağara ifaçısı kimi qəbul edirlər. Bu da son illər nağaraya verilən diqqətdən irəli gəlir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR