Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərini yenidən səhnələşdirəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərini yenidən səhnələşdirəcək
# 06 aprel 2009 08:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinə yenidən səhnələşdirmək niyyətindədir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, pyes rəmzi mənasına uyğun müəllifin özü tərəfindən adlandırdığı “Boy çiçəyi” adı ilə tamaşaya hazırlanır. Tamaşanın quruluşçu rejissoru və tərtibatçısı əməkdar artist Loğman Kərimovdur. Tamaşada xalq artisti Tariyel Qasımov, gənc aktrisalar Günel Məmmədova, Lalə Məmmədova, əməkdar artist Lətifə Əliyeva, aktyorlar Vahid Əliyev, Mehriban Abdullayeva rol alıblar. Tamaşanın premyerası gələn ayın ilk yarısına nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR