Bank Of Baku

Böyükağa Mirzəzadə və Mikayıl Abdullayevin 11 əsəri Texasın “Heritage Auction Galleries” qalereyasında hərrac yolu ilə satışa çıxarılacaq

Böyükağa Mirzəzadə və Mikayıl Abdullayevin 11 əsəri Texasın “Heritage Auction Galleries” qalereyasında hərrac yolu ilə satışa çıxarılacaq
# 06 aprel 2009 11:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın tanınmış xalq rəssamları Böyükağa Mirzəzadə və Mikayıl Abdullayevin əsərləri dünyanın ən böyük Muzey Qalereyasında hərraca çıxarılacaq. APA-nın məlumatına görə, internet vasitəsi ilə əsərlərin satışı 16 apreldə keçiriləcək. 7-8 may tarixlərində isə Azərbaycan rəssamlarının əsərlərinin salon hərracı baş tutacaq. Salon hərracı zamanı əsərlərin sərgisinin də təşkili nəzərdə tutulur. Azərbaycanlı rəssamların əsərlərin hərracı ABŞ-ın Texas əyalətində “Heritage Auction Galleries”də keçiriləcək. B. Mirzəzadənin və M. Abdullayevin əsərləri il yarıma yaxındır ki, bu muzeydə saxlanılır və kataloqlarında dörd səhifə ayrılaraq dünyaya tanıdılır. Hərraca rəssamların 11 əsəri çıxarılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR