Bank Of Baku

Polşada Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyevin konserti olacaq

Polşada  Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyevin  konserti olacaq
# 06 aprel 2009 11:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Aprelin 17-də Polşanın Koşalin şəhərində Stanislav Monyuşka adına Dövlət Filarmoniyasının Böyük Zalında Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevin Polşanın məşhur musiqi kollektivlərindən biri olan Koşalin Dövlət Filarmonik Orkestri ilə konserti olacaq. Həmin gecə Ə. Quliyevin dirijorluğu altında Koşalin Filarmonik orkestri dahi alman bəstəkarları – R. Wagner ve L. Bethovenin simfonik əsərləri ilə yanaşı, Koşalin şəhərində ilk dəfə olaraq Ramiz Quliyevin ifasında Azərbaycan bəstəkarları Hacı Xanməmmədov və Həsən Rzayevin tar və simfonik orkestr ucun yazılmış əsərləri səslənəcək. Aprelin 24-də isə Polşanın Çestokova şəhərinin Dövlət Filarmoniyasında dahi alman bəstəkarı F. Mendelsonun anadan olmasının 200 illiyinə həsr olunmuş təntənəli konsert keçiriləcək. Mendelsonun əsərlərindən ibarət konsert proqramını idarə etmək gənc dirijor Əyyub Quliyevə həvalə olunub. Bu tədbirdə Ə. Quliyevin dirijorluğu altında Çestokova Filarmonik orkestri dahi bəstəkarın simfoniyaları və skripka konsertini ifa edəcək. Konsertin solisti – məşhur skripkaçı Darling Dayl (Böyük Britaniya) olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR