Bank Of Baku

Sevda Ələkbərzadə Almaniyada keçiriləcək Beynəlxalq Caz Festivalında iştirak edəcək

Sevda Ələkbərzadə Almaniyada keçiriləcək Beynəlxalq Caz Festivalında iştirak edəcək
# 07 aprel 2009 13:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Əməkdar artist Sevda Ələkbərzadə Almaniyanın Freyburq şəhərində keçiriləcək Beynəlxalq Caz Festivalında iştirak edəcək. Müğənninin APA-ya verdiyi məlumata görə, o festivala öz qrupu ilə birgə qatılacaq. Qrupda Elçin Şirinov (fortepiano), Saleh Məmmədov (bas-gitara), Malik Mansurov (tar, ud), Natiq Şirinov (nağara), Şirzad Fətəliyev (balaban, zurna) və Vaqif Əliyev (zərb alətləri) təmsil olunurlar. S. Ələkbərzadə qeyd edib ki, festivalda iki saat davam edən etno-caz üslubunda çıxış edəcək. Festivalda dünya şöhrətli ulduzların da iştirakı gözlənilir. S. Ələkbərzadə bu zamana kimi Gürcüstan, İsrail, İtaliya, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR