Bank Of Baku

“Molla Nəsrəddin”- Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

“Molla Nəsrəddin”- Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib
# 07 aprel 2009 16:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda “Molla Nəsrəddin” məcmuəsinin yaradıcısı Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş “Molla Nəsrəddin”- Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FEKO), Azərbaycan Rəssamlar İttifaqının dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilmiş müsabiqədə 70 ölkədən 500-ə yaxın rəssamın iştirak etdiyini deyib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, karikaturaçı rəssam Bayram Hacızadə isə ilk dəfə olaraq açıq səsvermə yolu ilə keçirilən beynəlxalq müsabiqənin qızıl, gümüş və bürünc mükafatlarına Rusiya, Xorvatiya, Çin, Türkiyə, Avstraliya, Hollandiya və Ukrayna rəssamları layiq görüldüyünü açıqlayıb. Azərbaycanlı karikaturaçılarından Seyran Cəfərli müsabiqənin xüsusi mükafatına layiq görülüb.
“Molla Nəsrəddin”-Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimindən sonra sərginin açılışı keçirilib. Sərgidə müsabiqənin qaliblərinin və mükafatçılarının əsərləri nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR